Münhen Azərbaycanlıları mədəniyyət mərkəzinin təməli 2017 ci ilin 28 May tarixində Kərimov Səttar tərəfindən qoyulub.
Mərkəzin məqsədi ilk növbədə Azərbaycanımızın milli dəyərlərini alman ictimaiyyətinə çatdırmaqdır. Bundan başqa dinindən, danışdığı dilindən və yaşadığı dövlətin vətəndaşı olmasından aslı olmayaraq bütün azərbaycanlılara çətinliyə düşdüyü halda yardım etməkdir.
Bu günə qədər mərkəzimiz bir çox layhiyələrə imza atıb.
Mərkəzimizin siyasətlə məşqul olmamasına baxmayaraq hər zaman Azərbaycanın yürütdüyü siyasəti dəstəkləyib. Hər zaman Azərbaycanın haqlı səsini alman ictimaiyyətinə çatdırıb və bundan sonrada çatdıracaq.
Son zamanlar azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin diasporaya göstərdiyi qayğısı bizdən Münhen Azərbaycanlılarınadanda yan keçmədi. Başda diasporla iş üzrə dövlət komitəsinin sədri cənab Fuad Muradov olmaqla bütün komitə əməkdaşları bizə hər bir dəstəyi göstərir.
Komitənin dəstəyi ilə 2020 ci ilin fevral ayından Münhen şəhərində Azərbaycan evi fəaliyyət göstərir. Tarixdə ilk dəfə olaraq Münhen şəhərində belə bir lahiyənin baş tutmasında diasporla iş üzrə dövlət komitəsinin böyük rolu var.
Buna görə Münhen Azərbaycanlıları mədəniyyət mərkəzi olaraq təşəkkürümüzü bildiririk.
Son zamanlar yaşadığımız ağır pandemiya böhranı bizdən də yan keçmədi. Buna baxmayaraq minimal da olsa layhiyələr etdik. Ümüd edirik ki yaxın gələcəkdə yenidən tam fəaliyyətə başlayacağıq.
Mədəniyyət mərkəzinin yaşı çox olmasada artıq alman ictimaiyyətində tanımasına nail olmuşuq. Bundan əlavə Münhendə yaşayan başqa millətlərin icmalarlrı ilə də yaxın və dostluq əlaqələri qura bilmişik.
İnternet səyfəmizin şəkil və video bölməsində keçirdiyimiz layihələrin video və şəkillərin görə biləcəksiniz.
Hörmətlə Münhen Azərbaycanlıları mədəniyyət mərkəzi və Münhen şəhərində yerləşən Azərbaycan evinin rəhbərliyi.