Radio LOF 2021 8 noyabrda fəaliyyətə başlayıb. Radionun adının mənası “Land Of Fire ” yanı odlar yurdu.
Radionu yaradmağda məqsədimiz dünya azərbaycanlılarının harada yaşadıqlarından asılı olmayaraq online formatda milli musiqilərimiz və Azərbaycandan xaricdə yaşayan həmvətənlərimizə lazımi məlumatları almasıdır.
Bizim Azərbaycanda mövcud olan radiolardan fərqimiz senzura fikirlərimizin dəyişik olmasıdır.
Heç bir siyasi və dini quruma aid deyilik. LOF Radio bütün Azərbaycan sevənlərin radiosudur. Radionun yaradılmasında bizə böyük köməyi keçən dostlarımız var. Bunlar Azərbaycan teleradiosuna keçmişdə və hal hazırda böyük töhfələr vermiş və verən vətənpərvər qardaşlarımızdır. Radiomuz adından Sənan Vəliyev, Rahib Azəri, Samir Həsənov, Elşən Bağırov, Emin Müsavi, Dj. Fateh dostlarımıza minnətdarlığımızı bildiririk.
Radiomuzda hələlik heç bir kommersiya məqsədləri güdülmədiyinə görə heç bir reklam çarxları olmayacaq.
Tərif, şikayət və əməkdaşlıq təklifləriniz üçün info@municaz.com və ya telefon nömrələrimiz var. Hər bir yazılan mesajlar oxunacaq.
Efir saatları 24/7. Aparıcılıq və ya digər layhiyələrdə iştrak etmək istəyirsinizsə bizimlə əlaqə saxlayın.